Bakı Metropoliteni Fransa şirkətindən avadanlıqlar alacaq


Digərləri 08 Noy 2018 17:28:00 575 0

Bakı Metropoliteni Fransa şirkətindən avadanlıqlar alacaq

"Bakı Metropoliteni" QSC III - "Bənövşəyi xətt"ində qatarların hərəkətinin təşkili uçün Fransanın "THALES SA" şirkəti ilə müqavilə imzalayıb, bu şirkətdən idarəetmə və işarəvermə avadanlıqları alacaq.

Son.az Report-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov bu gün bağlı metropoliten işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə alınacaq avadanlıqlar "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında istifadə ediləcək: "Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan əməyinin minimuma endirilməsi nəzərdə tutulub".