“İstəyir ki, ona nifrət etsinlər...”


Şou-biznes 08 Noy 2018 17:04:00 317 0

“İstəyir ki, ona nifrət etsinlər...”

"Mirkamili övladlarımdan seçməmişəm, onlardan artıq sevirəm.  Məktəbi bitirəndən bəri bütün dayağı mən olmuşam. Hər şey xalqın gözünün qarşısında olub.  Elə şeylər var ki, danışmaq olmur". 

Son.az xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova "qafqazinfo"ya açıqlamasında bacısı oğlu, müğənni Mirkamil Kamilovun instaqramdakı qəribə paylaşımlarına münasibət bildirərkən deyib. Məşhur xanəndə Mirkamilin "Xalq ulduzu" yarışmasından sonra özünə qapandığını qeyd edib:

"Uşaqlıqdan Mirkamilin ürəyində azacıq problem var idi. Əvvəlcə, Bakıda Rəşad adlı həkimlə danışdıq, amma getmədi. Daha sonra İranla danışıqlar aparıldı və orada əməliyyat olundu. Nə dərəcədə doğru, düzgün edilməsi barədə məlumatsızam. Həmin dövrdə Amerikada idim, yanında Aybəniz xanım Haşımova olub.  4-5 il keçsə də, Mirkamil əməliyyatdan sonra çapalayır.  Elə bil ki, həyatından bezib. 

Yumoru olan bir gəncdir. Sosial şəbəkələrdə nəsə yazanda belə düşünürük ki,  zarafat edir, şou göstərir. Elə şeylər var ki, onu yumora da çevirmək olmaz. Çünki xalq onu çox sevir. Sadəcə olaraq Mirkamil "Xalq ulduzu"ndan sonra səhnədən qaçdı, çox sevgi, istək gördü və insanlardan uzaqlaşdı. Özünə qapandı, daha sonra ürəyi də belə oldu".