Modern Diplomacy: “Cənub Qaz Dəhlizi” Aİ üçün xüsusi əhəmiyyət kəsb edir


Digərləri 08 Noy 2018 16:50:00 342 0

Modern Diplomacy: “Cənub Qaz Dəhlizi” Aİ üçün xüsusi əhəmiyyət kəsb edir

"Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı (Aİ) üçün xüsusi əhəmiyyət kəsb edir, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan isə Avropa ilə Asiya arasında əlaqələndirici rol oynaya bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun aparıcı mütəxəssisi Əliyar Əzimovun "Modern Diplomacy" nəşrindəki məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Aİ Azərbaycanla sıx əməkdaşlıq edir və bu ölkənin qaz layihələrinin reallaşdırılmasına ciddi dəstək göstərir. Geostrateji enerji siyasəti kontekstində Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri xüsusi əhəmiyyət daşıyır.

Aİ-nin enerji tədarükü marşrutlarının şaxələndirilməsi strategiyasından danışan müəllif vurğulayıb ki, bu baxımdan "Cənub Qaz Dəhlizi" layihəsi böyük əhəmiyyət kəsb edir: