"Həmin vaxt orada olmamışam"


Digərləri 08 Noy 2018 16:42:00 308 0

"Həmin vaxt orada olmamışam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Gömrük Komtəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları dindirilib.

İdarənin əməkdaşı Elşən Zeynalov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Şahid Sabir Seyfullayev dindirilən zaman təqsirləndirilən V.Həsənovu yaxşı xatırlamadığını bildirib: "İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Bildiyim qədəri ilə Vüsal Həsənov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirib. Amma həmin vaxt orada olmamışam".

Məhkəmədə S.Seyfullayevin istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində ölkəyə qanunsuz yolla dərman keçirməyin mümkün olmadığını deyib.