İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib


Digərləri 08 Noy 2018 15:10:00 269 0

İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib

İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən "Türk Hava Yolları"nın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yerli vaxtla 09:30-da havaya qalxan təyyarə 13:25-də Bakıya enib.

Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.