Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək


Digərləri 08 Noy 2018 15:14:00 266 0

Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək

İstanbuldan Bakıya ümumilikdə 38 uçuş həyata keçiriləcək

Bakı. Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək. Trend-in məlumatına görə bunu, "Türk Hava Yolları" aviaşirkətinin satış direktoru Harun Baştürk deyib. H.Baştürkün sözlərinə görə, yeni hava limanı ilə bərabər həftə ərzində İstanbuldan Bakıya ümumilikdə 38 uçuş həyata keçiriləcək: “Bu gündən etibarən Atatürk hava limanından hər gün 4, yeni aeroportdan 1, Sabiha Gökçen hava limanından isə həftə ərzində 3 dəfə olmaqla Bakıya İstanbuldan uçuşlar baş tutacaq. Hələlik uçuşlar bu şəkildə həyata keçiriləcək”.