Gələn il Azərbaycanda əhalinin gəlirləri


Digərləri 08 Noy 2018 13:30:00 180 0

Gələn il Azərbaycanda əhalinin gəlirləri

Gələn il Azərbaycanda əhalinin gəlirləri 9 faiz artaraq 54,4 milyard manata çatacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, növbəti ildə ölkədə orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur:

"Pensiyaçıların sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır".

İ.İsayev qeyd edib ki, Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb, növbəti ilin dövlət büdcəsi də sosialyönümlüdür.