Zakir Həsənov: Komanda-qərargah hərb oyunlarında əsas diqqət kosmik texnologiyaların tətbiqinə yönəldilsin (FOTO)


Digərləri 08 Noy 2018 13:03:00 204 0

Zakir Həsənov: Komanda-qərargah hərb oyunlarında əsas diqqət kosmik texnologiyaların tətbiqinə yönəldilsin (FOTO)

Komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqinə yönəldilsin

Bakı. Noyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları rəhbər heyətə çatdıran Müdafiə naziri bundan irəli gələn məsələlərin qoşunlarda vaxtında və daha keyfiyyətli icrasını təmin etmək barədə konkret göstəriş verib.