Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib


Digərləri 08 Noy 2018 09:29:00 235 0

Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

Bakı. Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib. Trend-in məlumatına görə, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri kollegiyanın sədri, Ekologiya və təbii sərvətlər nazirinin müavinləri; Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri; Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri; Nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri; Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri; Nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru; Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin