Castin Tryudo yəhudilərə görə üzr istəyib


Dünya 08 Noy 2018 08:30:00 243 0

Castin Tryudo yəhudilərə görə üzr istəyib

Kanadanın baş naziri Castin Tryudo İcmalar Palatasında çıxışında bu ölkənin 1939-cu ildə "Sent-Luis" gəmisi ilə nasist Almaniyasından gələn yəhudiləri qəbul etməməsinə görə üzr istəyib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə baş nazirin rəsmi saytı məlumat yayıb.

"Bu gün mən icmalar Palatasında Kanadanın yəhudi qaçqınların ölkəyə girişinə icazə verməməsi ilə bağlı çoxdan vaxtı çatmış üzrxahlıqla bağlı çıxış edirəm. Üzr istəyərək səmimi qəlblə ümid edirəm ki, biz tariximizin ağır dövrünə işıq sala bilərik ki, bu dərsin heç vaxt yaddan çıxmamasını təmin etsin. Dünyada antisemitizmə, ksenofobiyaya və bu ölkədə yer yoxdur", - deyə Tryudo bildirib.