Dron və robot birlikdə dünyanı öyrəniblər VİDEO


Digərləri 08 Noy 2018 08:25:00 246 0

Dron və robot birlikdə dünyanı öyrəniblər  VİDEO

Çin mühəndislərinin yaratdığı yeni alqoritm dronun köməyi ilə robota ətraf dünyanı öyrənərək avtomatik onun xəritəsini yaratmağa imkan verib. Bu barədə Honkonq Elm və Texnologiya Universitetinin alimlərinin tədqiqatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, alqoritm yerin xəritəsini pilotsuz uçan aparatın məlumatlarından istifadə etməklə tərtib edir, yerüstü robotu isə xəritənin ən uzun sahəsinin tərtibini tamamlamağa göndərir. Beləliklə, qurğu yeni sahələrin tədqiqi üçün motivasiya edilir.

Məlumata görə, lidar optik ötürücüsü ilə təchiz edilən dördtəkərli robot stereokamerası aşağı yönələn kvadrokopterlə birlikdə işləyir. Birgə tədqiqat qurğulara digərinin kəşf etdiyi sahələrin tədqiqi ilə məşğul olmamağa imkan verir.