Tovuz sakini "Evdə yıxılmışam" dedi


Digərləri 08 Noy 2018 08:18:00 208 0

Tovuz sakini "Evdə yıxılmışam" dedi

Tovuz sakini naməlum şəraitdə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Nağıyev Nağı Kərəm oğlu üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya gətirilib. Yaralıya dərhal tibbi yardım olunub.

N.Nağıyev bildirib ki, evində yıxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.