"Xiaomi" ən ucuz noutbuk təqdim edib


Digərləri 08 Noy 2018 08:06:00 244 0

"Xiaomi" ən ucuz noutbuk təqdim edib

"Xiaomi" şirkəti "Mi Notebook" modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib.

Son.az Trend-ə istinadən bildirir ki, noyabrın 11-dən satışa çıxarılacaq noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edəcək.

Bildirilir ki, noutbuk 16,6 dioqanallılar arasında ən ucuzu olacaq. "Mi Notebook"un prosessoru 8-ci nəsil "Intel Core i3", operativ yaddaşı 4 giqabayt (32 giqabayta qədər artırma imkanı ilə). Sərt diskin həcmi 128 giqabayt olacaq.