Yaponiya İrandan neft idxalını bərpa etməyə hazırlaşır


Dünya 07 Noy 2018 22:13:00 223 0

Yaponiya İrandan neft idxalını bərpa etməyə hazırlaşır

Yaponiya İrandan neft idxalını yenidən bərpa etməyə hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 5-də qüvvəyə minən ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalarının ikinci mərhələsi çərçivəsində Yaponiya və digər 7 ölkəyə İrandan neft idxalı üçün müvəqqəti güzəşt tətbiq olunub. Yaponiyanın neft şirkətləri İrandan neft idxalını bərpa etməyə hazırlaşır. Lakin Yaponiya 180 günlük güzəştin uzadılmasına nail olmaq üçün ABŞ hökuməti ilə danışıqlar aparmaq niyyətindədir.

Yaponiyanın iqtisadiyyatı, ticarət və sənaye naziri Hiroshige Seko jurnalistlərə bildirib ki, yapon şirkətləri İrandan xam neftin idxalının bərpasına hazırlaşacaq.