Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək


Digərləri 07 Noy 2018 21:39:00 231 0

Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək

Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, taksi şirkətlərinə nəzarət gücləndirilməlidir: "Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabət mühitini aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, ondan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. Əhalisi 15 milyon olan İstanbulda isə 18 min ədəd taksi var. Hesablamalarımıza əsasən, Bakıda 8500 taksi olsa, kifayətdir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif göndərilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".