Sədr müavini: "Şəhid vərəsələri pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin"


Digərləri 07 Noy 2018 17:44:00 324 0

Sədr müavini: "Şəhid vərəsələri pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin"

"1992-ci ildə kompüter yox idi, ona görə də sənədlər əllə yazılırdı. Sonralar əllə yazılan və möhürlü olan bütün jurnallar yığılıb, orada olan məlumatlar toplanıb və kompüterdə yazılaraq sistemə daxil edilib".

Son.az report-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib. 

O bildirib ki, şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankında alıblar: "Əmanət Bankında vərəsələr üçün əmanət hesabı açılıb. Bununla bağlı da sənədlər var. Bəzi vətəndaşlar pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin".