Sürücüyə HÖKM OXUNDU


Digərləri 07 Noy 2018 17:08:00 272 0

Sürücüyə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ" və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.