Avtomobil idarəetməni itirib səkiyə girdi


Digərləri 07 Noy 2018 16:52:00 257 0

Avtomobil idarəetməni itirib səkiyə girdi

Bu gün səhər Xocalı prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı minik avtomobili idarəetmədən çıxaraq səkiyə doğru hərəkət edib. Lakin avtomobil səkidə olan qoruyucu tumbaya dəyərək dayanıb. Son.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu fakt bir daha Bakı Nəqliyyat Agentliyinin səkilərdə qoruyucu tumba quraşdırmasının nə qədər doğru addım olduğunu göstərir.

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar