Sayalı Sadıqova: Dilçilik terminologiyasının nizama salınmasına ehtiyac var


Digərləri 07 Noy 2018 16:58:00 257 0

Sayalı Sadıqova: Dilçilik terminologiyasının nizama salınmasına ehtiyac var

AMEA Dilçilik İnstitutu yeni nəşr olunan "İzahlı Dilçilik Terminləri Lüğəti"nin təqdimat mərasimini keçirib.

Bakı. İlhamə İsabalayeva - AMEA Dilçilik İnstitutu yeni nəşr olunan "İzahlı Dilçilik Terminləri Lüğəti"nin təqdimat mərasimini keçirib. Trend -in məlumatına görə, lüğəti Dilçilik İnstitutunun əməkdaşları -professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova tərtib edib. Müəlliflərdən biri olan profesor S.Sadıqova bildirib ki, dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması, bu sahələrdə yaranan terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı dilçilik terminləri lüğətinin tərtibini zəruri edir.