Vəkil: Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil (ÖZƏL)


Digərləri 07 Noy 2018 16:34:00 276 0

Vəkil: Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil (ÖZƏL)

Bakıda iki məhbusun nəzarət altından qaçmasınbda təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın dövlət ittihamçısının istədiyi cəza ilə razı deyil.

Bakı. Samir Əli - Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın dövlət ittihamçısının istədiyi cəza ilə razı deyil. Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nürəngiz Qarayeva deyib. Vəkil bildirib ki, F.Laçının səhhətində problemlər qalmaqdadır: "Hepatit xəstəliyindən əziyyət çəkir, təcridxana şəraitində müalicəsi davam etdirilir. Dövlət ittihamçısı ötən məhkəmə prosesində ona 6 il cəza istədi. Fədayə bu cəza ilə razı deyil. Prokuror onun ittiham olunduğu maddənin maksimum cəza müddətini istədi. Fədayənin ittiham olunduğu maddəyə görə ona 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu o demək deyil ki, nəzərdə tutulan maddəyə görə ən ağır cəza verilməlidir. Prokuror iki ildən 6 ilə qədər cəzanı istəyə bilərdi, amma o heç nəyi nəzərə almadan birbaşa ən ağır - 6 il cəzanı istədi. Fədayə də bu cəza ilə razı deyil". N.Qarayeva bildirib ki, növbəti məhkəmədə təqsirləndirilən şəxslər və onların vəkillərinin müdafiə çıxışları olacaq. Vəkil qeyd edib ki, F.Laçının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "Saxlanma şəraiti yüksək səviyyədədir, heç bir şikayəti yoxdur. Görüşmək istəyəndə müraciət edirik və görüş təşkil edilir".