AMEA: Azərbaycan dili ilə bağlı fərmandan irəli gələn tədbirlər planının ilkin layihəsi təxminən 15 günə hazır olacaq


Digərləri 07 Noy 2018 16:28:00 236 0

AMEA: Azərbaycan dili ilə bağlı fərmandan irəli gələn tədbirlər planının ilkin layihəsi təxminən 15 günə hazır olacaq

Milli terminologiyanın yaradılması Azərbaycan dilçiliyinin saflığının qorunması baxımından əhəmiyyətlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, bu il noyabrın 1-də Azərbaycan Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman alimlərin qarşısına çox mühüm vəzifələr qoyub: "Vacib məsələlərdən biri də milli terminologiyanın yaradılmasıdır".