“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)


Digərləri 07 Noy 2018 15:50:31 309 0

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-nin Təsərrüfat İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məşqə “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati binada yerləşən bütün departament, xidmət və şöbələrin işçiləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub. Əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə öyrətməkdir. İşçilərə, həmçinin, fövqəladə hallar zamanı (təxliyyə, ilkin tibbi yardım, ilkin yanğınsöndürmə vasitələrdən istifadə) davranış qaydaları izah olunub. Keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə rəhbərinin yanında toplanıblar. Mülki müdafiə qərərgah rəisi zəlzələ nəticəsində inzibati binada yanğın baş verməsi, dağıntının olması, zərər çəkənlər və xəsarət alanlar barəsində məlumat verib.