Əli Mirəliyevi verilişdən Elgiz uzaqlaşdırıb?


Şou-biznes 07 Noy 2018 15:35:00 244 0

Əli Mirəliyevi verilişdən Elgiz uzaqlaşdırıb?

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev aparıcılıq etdiyi "Səhər-səhər" verilişindən uzaqlaşdırılıb. 

Son.az axşam.az-a istinadən bildiri ki, sənətçi işdən uzaqlaşdırılmasının səbəbkarı kimi aparıcı Elgiz Əkbəri göstərib. O, bununla bağlı suala "Məndən niyə soruşursunuz, Elgizdən soruşun" cavabını verib.  Aparıcı Elgiz Əkbər söhbətində məsələyə belə münasibət bildirib: "Elgiz kimisə işə götürüb, işdən çıxaracaq adam deyil. Bunu telekanaldan öyrənsinlər. Əli müəllim gözəl insandır, yəqin onun da verilişi olacaq". Qeyd edək ki, Elgizlə Ə.Mirəliyev arasında dəfələrlə proqramda mübahisələr yaşanıb. Aqressiv çıxışları hər dəfə tənqid edilən Mirəliyevə həmişə Elgiz "Sakit ol, əsəblərini qoru" kimi sözlər deyirdi.  

Son.az