Bu dəfə Şövkət Ələkbərovadan oxudu


Şou-biznes 07 Noy 2018 15:12:00 268 0

Bu dəfə Şövkət Ələkbərovadan oxudu

Əməkdar artist Səbinə Babayeva əfsanəvi Şövkət Ələkbərovanın yaradıcılığına müraciət edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni musiqisi Ramiz Mirişliyə, sözləri İslam Səfərliyə məxsus "Qəbahətin böyükdür" mahnısını səsləndirib. 

"Milli musiqilərimizə qarşı böyük məhəbbətim var. Buna görə də, tez-tez repertuarıma həmin ildə yazılan mahnıları daxil edirəm. Bəziləri həmin əsərləri köhnə adlandırır, amma mən onlara real musiqi deyirəm. Təssuf ki, o illərin musiqisi biz istədiyimiz kimi televiziyalarda fəal şəkildə yayımlanmır. Musiqimizi, mədəniyyətimizi unutmamaq bizim üçün çox vacibdir", - S. Babayeva qeyd edib.