Saytlara pul ayrıla, "uşaq pulları"ı və ezamiyyət xərcləri artırıla bilər


Digərləri 07 Noy 2018 14:15:00 253 0

Saytlara pul ayrıla, "uşaq pulları"ı və ezamiyyət xərcləri artırıla bilər

Deputat Əflatun Amaşovun onlayn mediaya 1 milyon manat ayrılması ilə bağlı təklifinə baxa bilərik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deputatların qaldırdığı məsələlərə münasibət bildirərkən deyib.

Yeni doğulan uşaqlara müavinət verilməsi təklifinə toxunan nazir bildirib ki, bu məsələdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: "Məsələn, Belarusla müqayisə edirlər. Burada vəziyyət fərqlidir. Belarusda demoqrafik vəziyyət Azərbaycandakından fərqlidir. Yəni bu, hər dövlətdə fərqlidir. Hər bir dövlətin xüsusiyyətləri nəzərə alınaraq münasibətimizi formalaşdırmalıyıq. Bu məsələyə baxıla bilər".