Bakıda evdən qaçan gəlin


Digərləri 07 Noy 2018 12:07:00 236 0

Bakıda evdən qaçan gəlin

Bakıda həftələr öncə evdən qaçan 2 uşaq anası Əsgərova Aidə Əli qızı tapılıb.

Son.az xəbər verir ki, qadın uşaqlarını atıb evdən qaçma səbəbini "Belim zədəlidir. Qayınanam, baldızım, ərim məni çox incidirdilər" sözləri ilə izah edib.

Aidənin hara getdiyi ilə bağlı dedikləri isə hər kəsi təəccübləndirib:

Birinci yoldaşımın yanına getmişdim. Uşaqlarımı görmək istəyirdim. O da dedi ki, get, ailəmi dağıtma.

Qeyd edək ki, qadının başqa kişidən 4 uşağı da var.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar