Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama yayıb


Digərləri 07 Noy 2018 11:32:31 273 0

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama yayıb

Dövlət Gömrük Komitəsi gömrük əməkdaşının xüsusi geyim formasını tanımayıb gömrük əməkdaşını ləkələməyə çalışanlara müraciət edib.

Bakı. Dövlət Gömrük Komitəsi gömrük əməkdaşının xüsusi geyim formasını tanımayıb gömrük əməkdaşını ləkələməyə çalışanlara müraciət edib. Komitədən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini - vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb. 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. Belə ki, ikinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub., 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.