"Onları məhkəməyə verəcəyəm"


Digərləri 07 Noy 2018 10:34:00 214 0

"Onları məhkəməyə verəcəyəm"

Ötən gün Bakıda "ABC Telecom" şirkətinin onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa etməsi barədə məlumat vermişdik.

Belə ki, şirkət Bakı şəhər sakini olan qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. Onlar da qadının 1583 manat borcunun olduğunu iddia edərək, qadının şəklini, adını və soyadını yazaraq divarlara yapışdırıblar. 

Son.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı fotosu divarlara yapışdırılan qadınla danışıb.

- Krediti nə vaxt götürmüsünüz və hansı məhsulu almısınız?

- 2016-cı ilin dekabr ayında həmin mağazadan mobil telefon götürmüşəm.

- Bəs necə oldu ki, ödəyə bilmədiniz?

- Mobil telefonun qiyməti 504 manat idi, onu 12 aylıq kreditə böldülər və ayda 42 manat ödəməli idim. Üç ay ödəyəndən sonra yaxınlarımdan rəhmətə gedən oldu, başım oraya qarışdı. Daha sonra isə imkansızlıqdan pulu ödəyə bilmədim. Pulu ödəyə bilmədiyim tarixdən isə telefon bloklandı. O gündən bəri həmin telefon, sadəcə, aksessuar olaraq evdədir, çalışmır.

- Şəkliniz divarlara vurulmamışdan öncə sizə borcunuzu ödəmənizlə bağlı xəbərdarlıq gəlmişdi?

- Bəli, oktyabr ayının 19-u bir nəfər gəldi. Əlində də sənədlə ki, oktyabrın sonunadək 436 manat borcunuz var, onu gətirin, ödəyin. Mənim də buna imkanım olmadı. Dedim ki, noyabrın sonunadək 60 manat ödəniş edə bilərəm, onlar bununla razı olmalıdılar. Bu gün isə mənim şəklimi hər tərəfə yapışdırıblar. Bu hərəkətə görə onları məhkəməyə verəcəyəm.


Xəbərə aid fotolar