Nazirlik sahibsiz heyvanları öldürənlərə qarşı


Digərləri 07 Noy 2018 10:15:00 256 0

Nazirlik sahibsiz heyvanları öldürənlərə qarşı

Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, qurum sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır.