Rusiya XİN İran məsələsində mövqeyini bildirdi


Dünya 06 Noy 2018 22:49:00 266 0

Rusiya XİN İran məsələsində mövqeyini bildirdi

İrana qarşı ABŞ-ın sanksiyaları tamamilə qanunsuzdur, onlar BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İrana qarşı ABŞ-ın sanksiyalarına gəldikdə isə onlar tamamilə qanunsuzdur. Onlar BMT Təhülkəsizlik Şurasının qərarlarını kobud şəkildə pozurlar və bu sadəcə məyusluq yaradır. Heç kim beynəlxalq normaları ləğv etməyib. Ultimatumlar əsasında və bir tərəfli qaydada siyasət yürütmək bizim dövrdə yolverilməzdir", - deyə Lavrov vurğulayıb.