Tibbi və texniki spirt murdardır ya təmiz?


Digərləri 06 Noy 2018 22:10:00 292 0

Tibbi və texniki spirt murdardır ya təmiz?

Tibbi spirt şəriətimiz baxımından murdar sayılmır. Çünki onun tərkibi alkoqollu içki kimi işlənməyə yararsızdır. Doğrudur, bəziləri bu spirtin tərkibini süni surətdə dəyişdirib içirlər. Amma bu, tibbi spirtin öz xüsusiyyəti sayılmır və sonradan emal nəticəsində əldə edilir. Ona görə də, tibbi spirt pak sayılır. Onunla yaranı silmək, iynə vurulan yeri masaj etmək, kompres qoymaq icazəlidir və həmin yeri pak etmək də tələb olunmur. Eləcə də, texniki spirt murdar sayılmır. Texniki spirt rənglərə, laklara qatılmaq üçün hazırlanır. Onun da tərkibi içmək üçün tam yararsızdır.