İslamdan başqa dinlərdə də ruhanilər təsbehdən istifadə edirlərmi?


Digərləri 06 Noy 2018 22:15:00 295 0

İslamdan başqa dinlərdə də ruhanilər təsbehdən istifadə edirlərmi?

İslamdan başqa dinlərdə də ruhanilər təsbehdən istifadə edirlərmi? Onların təcbehi müsəlmanların təsbehindən necə fərqlənir?

Təsbeh Allahın adlarını zikr edərkən, qısa duaları oxuyarkən hesabı itirməmək üçün bir vasitədir. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir. Buddizmdə 18, 21, 27, 54 və 108 dənəli, hindu¬izmdə 50, 54 və 108 dənəli, xristianlığın katolik qolunda 33, 50 və 150 dənəli, pravo¬slavlıqda 33 dənəli (Həzrət İsanın (ə) yaşını göstərir), anqlikan və lüteran kilsələrində müvafiq olaraq 33 və 18 dənəli, bəhailikdə 19-a bölünən 95 dənəli təsbehlərdən istifadə edilir. Xristian təsbehlərinin başında adətən xaç fiquru olur. İslamda təsbehlər adətən, 33 və ya 99 dənəli olur. Çünki Allahın gözəl adlarının (əsmaül-hüsna) sayı 99-dur; təsbehlə deyilən zikrlərin sayı da adtən ya 33, ya da 100 olur.