Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin


Digərləri 06 Noy 2018 22:05:00 256 0

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin

Zəncəfil əlavə olunmuş qidaların və zəncəfil çayının istehlakı beyinin aktivliyini artır və yaddaşı daha möhkəm edir.

Tailand alimləri yeni araşdırma zamanı sübut ediblər ki, zəncəfil beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 60 orta yaşlı qadın iştirak edib. Qadınlar 2 qrupa bölünüb. Zəncəfil ekstraktını qəbul edən qadınlarda yaddaşın yaxşılaşması qeyd olunub.

Alimlərin sözlərinə görə, zəncəfil beyinin qocalmasını ləngidir, beyin hüceyrələrini (neyronlar) qoruyur. Həmçinin zəncəfil baş ağrıları zamanı kömək edir.

Mütəxəssislər zəncəfili xüsusilə imtahanlara hazırlaşanlara və əqli fəaliyyəti ilə məşğul olanlara istehlak etməyi tövsiyə edirlər. Zəncəfili yeməklərə əlavə etmək və çay kimi dəmləmək olar.  

Zəncəfilin bir çox digər faydalı xüsusiyyətləri də vardır:

- immun sistemini möhkəmləndirir