AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər


Digərləri 06 Noy 2018 20:20:00 245 0

AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bu gün "KPMG Azerbaijan" şirkətinin nümayəndələri - baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.

Bu barədə Son.az-a AZAL-dan bildirilib. 

Məlumata görə, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında "Open Skies" müqaviləsinin təfərrüatları olub. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.

C.Əsgərovun sözlərinə görə, belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə "Open Skies" müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. "Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir. 

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq".