Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib


Digərləri 06 Noy 2018 20:09:10 342 0

Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib

Bolqarıstana təşkil olunan ixrac missiyası 6-9 noyabr tarixlərini əhatə edəcək.

Bakı. “Made in Azerbaijan” brendin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Bolqarıstanın Sofiya şəhərinə yola düşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.