Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib


Digərləri 06 Noy 2018 18:34:45 240 0

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilsin: Kollegiyanın sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Kollegiyanın üzvləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin