MTRŞa cavab: "Müğənnilər pulu rüşvətlə, oğurluqla qazanmır"


Şou-biznes 06 Noy 2018 17:23:00 287 0

MTRŞa cavab: "Müğənnilər pulu rüşvətlə, oğurluqla qazanmır"

Bu gün Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin "Xalq qəzeti"ndəki yazısı müzakirə yaradıb.

Belə ki, Cəbiyev fikirlərində müğənnilərin dəbdəbəli həyatını qınayıb, onları üzdəniraq adlandıraraq, mənbəyi məlum olmayan pullar hesabına qurduğu həyatı başqaları üçün örnək hesab etmədiyini deyib.

Son.az xəbər veri ki, oxu.az məsələ ilə bağlı müğənnilərin fikrini öyrənib.

Müğənni Nura Suri söyləyib ki, insanlar danışmağa söz tapmayanda onları daşlamağa başlayır:

"Bu yazını yaşlı və savadlı bir insan ərsəyə gətirib. İnsanlar danışanda sözləri və fikirləri iç dünyasından, düşüncə tərzindən xəbər verir. Bu insanın dediklərindən dünya görüşünü müəyyən etmək çətin deyil. İnsanların peşəsi onların şəxsiyyətini müəyyənləşdirmir. Ümumi müğənnilər haqda belə bir fikir demək doğru deyil, başqalarının pulunu saymaq isə çox ayıbdır.

İnsanların etdikləri yaxşılıqları deyil, səhvləri göstərmək də yaxşı hal deyil. Həmin o pullarını saydığınız müğənnilər pulu rüşvət yolu və ya oğurluqla qazanmayıblar. "Əyri yollar" hansı yollardır? Qazandıqları pullarla xeyriyyə işi görən müğənnilərin sayı-hesabı yoxdur. Müğənnilər ifa etdikləri mahnılarla insanlara heç bir ziyan vurmurlar.