Məhkum ərinə telefon ötürmək istədi,


Digərləri 06 Noy 2018 17:18:00 279 0

Məhkum ərinə telefon ötürmək istədi,

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az xəbər verir ki, xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alxasov Maarif Qazəhməd oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Quba rayon sakini Kərimova Lalə Səməd qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində gizlədilmiş 1 ədəd "Keneksi" markalı mobil telefon aparatı, 1 ədəd "Samsung" markalı mobil telefon batareyası və bir ədəd danışıq kartı aşkar edilib.