Mehdi 3 ermənini məğlub edib çempion oldu FOTO VİDEO


Digərləri 06 Noy 2018 16:33:00 373 0

Mehdi 3 ermənini məğlub edib çempion oldu  FOTO  VİDEO

Son.az xəbər verir ki, 11 yaşlı azərbaycanlı məktəbli Mehdi Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə Kyokşin karate üzrə keçirilən Qafqaz çempionatının qalibi olub.

O, Gürcüstanda noyabrın 4-də keçirilən Qafqaz ölkələrinin kyokşin karate üzrə Qafqaz cempionatında 10-11 yaşlı və çəkisi 30 kq olan döyüşcülərin arasında çempion olub.

Bu çəki dərəcəsində 10 gürcü, 7 erməni və 2 azərbaycanlının iştirak etdiyi turnirdə Mehdi Hüseynov 1/8 finalda gürcü döyüşçüsünə, 1/4, yarımfinal və final döyüşlərində isə ardıcıl 3 erməni idmançısına qarşı əla döyüşərək tam qələbə qazanıb.

Qeyd edək ki, Hüseynov Mehdi Taleh oglu 3 avqust 2007-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə 83 saylı litseyə gedib. 2015-ci ildən kyokşin karate idaman növü ilə məşğul olmağa başlayıb. 3 dəfə Azərbaycan, 7 dəfə Bakı çempionu olub. Ötən il öz doğum günündə o, Türkiyədə keçirilən beynəlxalq turnirdə bütün rəqiblərini udaraq birincilik qazandıqdan sonra, əldə etdiyi nəticələrinə görə, 2017-ci ildən Azərbaycan Kyokşin karate yığmasının əsas heyətinə daxil edilib. Mehdinin şəxsi məşqçisi 4-cü dan qara kəmər sahibi, Beynəlxalq dərəcəli hakim, Əməkdar müəllim Qələndar Aslanovdur. Yığma komandaya isə 3-cü dan qara kəmər sahibi Oruc Səfərov rəhbərlik edir.

Zəfər Tağı Son.az

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar