Binəqədidə yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 06 Noy 2018 16:26:00 247 0

Binəqədidə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Biləcəri qəsəbə sakini vurulub

Bakı. Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Biləcəri qəsəbə sakini vurulub. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.