Analitik: Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək


Digərləri 06 Noy 2018 16:13:00 196 0

Analitik: Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək

Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək.

Bakı. Elçin Mehdiyev - Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. E.Aşırlı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıtmağın həsrəti ilə yaşayırlar: "Düşmən bilməlidir ki, bu həsrətlə yaşayan Azərbaycan xalqı heç bir zaman işğalla barışmayacaq. Azərbaycan xalqı mərd xalqdır və torpaqlarımızın işğal altında qalması ilə barışa bilməz. Aprel döyüşləri də Azərbaycan xalqının mərdliyini, igidliyini nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin də vurğuladığı kimi, aprel döyüşlərindən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Ermənistan ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilməyib".