Gürcüstan müdafiə xərclərini artırır


Dünya 06 Noy 2018 16:10:00 262 0

Gürcüstan müdafiə xərclərini artırır

Gürcüstanın 2019-cu ilin dövlət büdcəsindən ölkənin Müdafiə Nazirliyinə 870 mln. lari (317 mln. dollardan çox) vəsait ayrılacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən ölkə parlamentinə təqdim olunmuş gələnilki büdcə layihəsində qeyd edilib.

İlkin büdcə layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinə ayrılacaq vəsait 80 mln. lari çoxdur.