Sürücülük vəsiqəsinə görə rüsum ARTIRILDI


Digərləri 06 Noy 2018 15:45:21 241 0

Sürücülük vəsiqəsinə görə rüsum ARTIRILDI

Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.

Son.az bakupost-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı "Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də müvafiq dəyişiklik edib.

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.