Kainatın ən bəxtəvər yeri tapıldı FOTO


Digərləri 06 Noy 2018 14:57:00 277 0

Kainatın ən bəxtəvər yeri tapıldı  FOTO

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) kosmosda "smaylik"ə bənzəyən ulduz topası aşkarlayıb.

Son.az Science Alert-ə istinadən bildirir ki, iki parıldayan sarı kürə və ağız formasındakı qövsdən ibarət qeyri-adi ulduz topası SDSS J0952 + 3434 qalaktik klasterindədir.

"Gülən" ulduz topasının görüntüsü NASA və Avropa Kosmik Agentliyinin (ESA) Hublle kosmik rəsədxanasında (NASA/ESA Hubble Space Telescope) quraşdırılmış Wide Field Camera 3 teleskopu vasitəsilə əldə olunub.

"Bu qalaktikanın aşağıdakı qövsü qravitasiyalı linzləşmə üçün səciyyəvidir. Onun işığı bizə çatana qədər massiv obyektdən keçdiyi üçün təhrif olunaraq dartılıb", - NASA-nın açıqlamasında deyilir.


Xəbərə aid fotolar