Rəsmi Tehran bir sıra dost ölkələrin İranla bağlı son bəyanatlarını müsbət qarşılayır


Digərləri 06 Noy 2018 14:44:00 247 0

Rəsmi Tehran bir sıra dost ölkələrin İranla bağlı son bəyanatlarını müsbət qarşılayır

İran Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini başda olmaqla, üç Avropa ölkəsinin xarici işlər və maliyyə nazirlərinin müştərək bəyanatını müsbət qarşılayır.

Bakı. Elnur Bağışov - İran Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini başda olmaqla, üç Avropa ölkəsinin xarici işlər və maliyyə nazirlərinin müştərək bəyanatını müsbət qarşılayır. Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin ABŞ-ın birtərəfli şəkildə embarqo tətbiq etməsi ilə bağlı yayımladığı rəsmi bəyanatda qeyd olunur.