Niyam maşınsız qaldı


Şou-biznes 06 Noy 2018 14:21:00 271 0

Niyam maşınsız qaldı

1 aya yaxın maşınsız qaldım, əzab çəkdim. Maşınsız müğənni heç kimdir. İşin getməz. Həmkarlarım yox, elə insanlar kömək etdilər ki, sağ olsunlar. Başımı örtən evim var. O evdə çəkdiyim problemləri, yaxşı ki, özüm bildim. Heç kim bilmədi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla"ya açıqlamasında müğənni Niyam Salami deyib. Sənətçi uzun müddət avtomobilsiz qaldığını söyləyib:   "Elə şey sevmirəm ki, mənə pul versinlər. Verib sonra əvəz istəyəcəklər. 100 min də verən adam, 1 milyon istəyəcək.

Ona görə, öz səsimin pulunu istəyirəm hər kəsdən. Dostumun da məclisinə gedəndə deyirəm, filan yerə 1000 manata gedirəm, sən 200 verərsən. Amma haqqımı ver".