"Elm sahəsinə ayrılan vəsait çox azdır"


Digərləri 06 Noy 2018 13:22:00 239 0

"Elm sahəsinə ayrılan vəsait çox azdır"

2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da, bu artım çox azdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışanların da əməkhaqları aşağıdır və onların da maaşlarının artırılması üçün vəsait ayrılmalıdır.