PAŞA Bank kiçik və orta sahibkarlar üçün hesablaşma-kassa xidmətləri paketini təqdim edir


Digərləri 06 Noy 2018 12:44:42 266 0

PAŞA Bank kiçik və orta sahibkarlar üçün hesablaşma-kassa xidmətləri paketini təqdim edir

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.