Makron Rusiya və ABŞ prezidentlərinin Parisdəki görüşünü pozub KİV


Dünya 06 Noy 2018 12:23:00 240 0

Makron Rusiya və ABŞ prezidentlərinin Parisdəki görüşünü pozub  KİV

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında Fransa paytaxtında keçirilməli olan tamformatlı görüş baş tutmayacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" qəzeti mənbələrinə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, Yelisey sarayı tərəfindən təşkil olunacaq və Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunacaq tədbirlərin Rusiya-ABŞ sammitinin kölgəsində qalmasını istəməyən Fransa Prezidenti Emmanuel Makron danışıqların aparılmasına qarşı çıxıb.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri noyabrın 11-də Parisə gedəcəklər.