Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür


Digərləri 06 Noy 2018 12:21:00 261 0

Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür

Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür.

Bakı. İlhamə İsabalayeva – Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Em və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, I qrup əlillərin sayında artım tempi var: “Belə ki, qeyd olunan kontingentin sayı bu il 8.1 faiz artıb. Təkcə yarımillik artım 9.1 faiz təşkil edib”.